Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə uğurlu debüt edib
Azərbaycan yığmasının heyətində həvəskar boks üzrə üçqat dünya çempionu olmuş Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə uğurlu debüt edib.

M.Məcidov Nyu-Yorkda baş tutan qarşılaşmada amerikalı Ed Fonteyn ilə görüşüb. Otuz iki yaşlı boksçu rəqibini dördüncü raundda texniki nokautla məğlub edib. Bu döyüşdən əvvəl ABŞ boksçusunun aktivində 12 qələbə və 6 məğlubiyyət olub.

“Matchroom Boxing USA” şirkəti ilə uzunmüddətli reklam müqaviləsi imzalayan M.Məcidov tanınmış promouter Eddi Heyn ilə çalışır.

Xəbər 672 dəfə oxundu.