Sumqayıtda basketbol 3×3 üzrə şəhər birinciliyinə yekun vurulub
Sumqayıtın 70 illik yubileyi münasibətilə keçirilmiş basketbol 3x3 (stritbol) üzrə şəhər birinciliyinə yekun vurulub.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 2005-2008-ci illər təvəllüdlü oğlanlardan və qızlardan ibarət 16 komanda mübarizə aparıb.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Təhsil” RİMSŞ 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin oğlanlardan və qızlardan ibarət komandaları bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışın qalib və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, medal, kubok və hədiyyələri ilə təltif olunublar.


Xəbər 745 dəfə oxundu.