Milli Olimpiya Komitəsində İndoneziya nümayəndə heyəti ilə görüş olub
İndoneziyanın idman sahəsini təmsil edən nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində sentyabrın 13-də Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

MOK-dan azsport.az saytına bildiriblər ki, səfər İndoneziyanın Gənclər və İdman Nazirliyinin sənaye və idmanın təşviqi şöbəsinin direktorunun rəhbərliyi ilə həyata keçirilir. Nümayəndə heyətinin səfəri “Pençak-silat: Olimpiadaya gedən yol” kampaniyası çərçivəsində təşkil olunub.

Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibinin müavini Azər Əliyev, idman idarəsinin rəisi Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov, İndoneziyanın Gənclər və İdman Nazirliyinin sənaye və idmanın təşviqi şöbəsinin direktoru Sandi Suvardi Hasan və digərləri iştirak ediblər.

Söhbət zamanı müvafiq qurumlar arasında əlaqələrin genişləndirilməsi və bu istiqamətdə görüləcək işlər, pençak-silat idman növünün Azərbaycanda inkişafı və yarışların təşkili, o cümlədən bir sıra məsələlər müzakirə olunub.

Xəbər 1232 dəfə oxundu.