"Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq" devizi altında futbol yarışı keçirilib
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə rayon birinciliyi başa çatıb.

“Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq" devizi altında iyulun 27-dən sentyabrın 7-dək keçirilən futbol üzrə rayon birinciliyində Babək qəsəbəsi də daxil olmaqla, ümumilikdə 8 komanda mübarizə aparıb. Gərgin keçən yarışın yekun nəticələrinə görə, Nehrəm kənd futbol komandası turnirdə bütün rəqiblərindən üstün olub. Böyük hesabla qalib gələn komandanın baş məşqçisi Məhəmməd Zeynalovdur. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd bu idman növünün kütləviliyinə nail olunması, gəncləri zərərli vərdişlərdən uzaq tutulması və fəal idman həyatına cəlb edilməsidir.


Xəbər 1468 dəfə oxundu.