AFFA-nın əməkdaşı “Dinamo”–“Atalanta” oyununa təyinat alıb | |
A milli komandamızın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq. Matç sentyabrın 18-də Zaqrebdəki Hitrec-Kacijan stadionunda oynanılacaq. |
|
Xəbər 764 dəfə oxundu. |
|
|