AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının təsis konfransı keçirilib
Sentyabrın 11-də AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının (AFİHİ) təsis konfransı keçirilib.

Konfransda tanınmış veteran futbolçu və məşqçi Nazim Süleymanov AFİHİ-nin sədri seçilib. Səsvermə nəticəsində futbol veteranı və məşqçi Novruz Əzimov ittifaqın katibi olub. Sonra AHİFİ-nin təftiş komissiyasının və İcraiyyə Komitəsinin tərkibinə seçkilər keçirilib, qurumun Nizamnaməsi qəbul edilib.
AFİHİ-nin məqsədi və görüləcək işlər barədə məlumat verən N.Süleymanov bildirib ki, məqsəd Azərbaycan futbolunun inkişafına nail olmaqdır.

Sonda qurumun fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Xəbər 771 dəfə oxundu.