Codi Şekter Şarl Lekleri əfsanəvi tennisçi Rocer Federer ilə müqayisə edib
1979-cu ildə “Ferrari” komandasının heyətində Formula 1 yarışlarının çempionu titulunu qazanmış Codi Şekter Şarl Lekleri məşhur tennisçi, “Böyük dəbilqə” turnirlərində qazandığı titulların sayına görə lider olan 38 yaşlı isveçrəli Rocer Federer ilə müqayisə edib.

21 yaşlı Lekler yay fasiləsindən sonra Formula 1 yarışlarında qələbələrinin hesabını açıb. O, əvvəlcə Belçika Qran-prisində qalib gəlib, sonra Montsda öz uğurunu daha da möhkəmlədib.

“RaceFans” nəşri Şekterin bu sözlərini sitat gətirir: “Lekler çox yaxşı oğlandır. Onunla ünsiyyətdə olmaq xoşdur. Mən onu Formula 1 yarışlarının Federeri hesab edirəm. Ümidvaram ki, o, ciddi nəticələr qazanacaq.

Maraqlıdır ki, mən indiyə qədər avtoyürüşçülərə baxanda heç fikirləşməmişəm: vay! Sən demə Lekler birinci imiş! Bu sözü heç xoşlamasam da deməliyəm ki, bu oğlana heyranam. Mən həmişə demişəm, Lekler çox sakit və inanılmaz dərəcədə istedadlıdır. O hələ bir qədər özünə gəlməlidir. Lakin məni heyrətləndirən bir məsələ var: belə bir adam Monakoda necə yaranıb?”.

Mixael Şumaxer bu komandaya gələnə qədər Şekter uzun müddət “Ferrari”nin heyətində sonuncu çempion kimi qalıb. 2000-ci ildə Şumaxer “qara zolağı” pozub.

AZƏRTAC


Xəbər 704 dəfə oxundu.