Ağcabədi rayonunda taekvando üzrə rayon birinciliyi keçirilib
Ağcabədi Olimpiya İdman Kompleksində 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə keçirilən taekvando idman növü üzrə uşaq və yeniyetmələr arasında açıq birincilik başa çatıb.

Gənclər və İdman İdarəsinin Taekvando Federasiyasının Ağcabədi bölməsi ilə birgə təşkil etdiyi yarışda Göyçay və Yevlax rayonlarından da olmaqla, 5 komandadan 107 nəfər idmançı qalib adı uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Xəbər 779 dəfə oxundu.