Boksçumuz Dominqes Alfonsonun dünya çempionatındakı ilk rəqibi müəyyənləşib
Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib.

Çempionatda 81 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək.

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı birinci mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Görüş sentyabrın 15-də keçiriləcək.


Xəbər 789 dəfə oxundu.