Nazim Babayev Avropa və ABŞ yığmaları arasında keçirilən atletika yarışlarında çıxış edib

Sentyabrın 10-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında yarışlar keçirilir. Yarışlarda üç təkanla tullanma üzrə Avropa çempionumuz Nazim Babayev də çıxış edib.

Atletimizin bu turnirdə çıxışı uğursuz olub. N.Babayev 16,27 metr məsafəyə tullanaraq yarış cədvəlinin yeddinci pilləsində qərarlaşıb. Bu yarışda birinci pillədə ABŞ idmançısı Kris Benard qərarlaşıb.

Qeyd edək ki, bu gün, həmçinin Türkiyə yığmasının azərbaycanlı atleti, dünya və Avropa çempionu Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışlarında mübarizə aparacaq. R.Quliyev Bakı vaxtı ilə saat 22:00-da start xəttinə çıxacaq.

Atletika yarışları "Dinamo" Milli Olimpiya Stadionunda keçirilir. Görüşdə 300 atlet 30-dan çox idman növü üzrə mübarizə aparır.

Xəbər 29 dəfə oxundu.