Ağcabədidə taekvondo üzrə rayon birinciliyi keçirilib
Ağcabədi Olimpiya İdman Kompleksində 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında taekvondo üzrə açıq rayon birinciliyi keçirilib.

Birincilikdə Göyçay və Yevlax rayon komandaları da daxil olmaqla beş komandadan 107 idmançı iştirak edib.

Açıq rayon birinciliyi gərgin mübarizə şəraitində keçib və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar.
Yekunda ayrı-ayrı çəki dərəcələrində birinci, ikinci və üçüncü yerləri tutmuş taekvondoçulara Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.

Xəbər 829 dəfə oxundu.