Avropa və ABŞ yığmaları arasında keçirilən atletika yarışlarının birinci gününün nəticələri açıqlanıb
Minskdə Avropa və ABŞ yığmaları arasında keçirilən atletika yarışlarının birinci günündə idmançılar 18 fərdi və 2 estafet yarışında mübarizə aparıblar.

Yarışların birinci gününün yekununda Avropa yığması ABŞ seçməsindən üstündür – 328:312.

İdman mübarizəsinin ikinci günü qadınlar arasında çəkicatma yarışı ilə başlayacaq.

“Dinamo” stadionunda keçirilən atletika yarışında 300 idmançı 30-dan çox idman növü üzrə mübarizə aparır.


Xəbər 795 dəfə oxundu.