“Avro 2020”nin könüllüləri üçün Şamaxıda yay düşərgəsi təşkil olunur
“Avro 2020”nin Bakı könüllülük proqramı çərçivəsində sentyabrın 11-dən 13-dək Şamaxıda yay düşərgəsi təşkil olunacaq.

200 könüllünün qatılacağı düşərgədə təşkilatçılar tərəfindən xüsusi proqram hazırlanıb. Düşərgə zamanı təlimlərin, seminarların, qonaqlarla görüşlərin, eləcə də idman və intellektual yarışların təşkili nəzərdə tutulur.

Düşərgə iştirakçıları xüsusi kriteriyalara əsasən seçiliblər. Burada məhz “Avro 2020” könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda, UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə balı alan könüllülər iştirak hüququ qazanıblar.

Bu düşərgənin təşkilində məqsəd könüllülər arasında əlaqənin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlər barədə dialoqun qurulmasıdır.

Xəbər 30 dəfə oxundu.