Nazim Babayev Minskdə keçiriləcək atletika yarışında çıxış edəcək
Sentyabrın 10-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçiriləcək turnirdə üçtəkanla tullanma üzrə qitə çempionumuz Nazim Babayev də çıxış edəcək.

İdmançımız Bakı vaxtı ilə 20:10-da mübarizəyə başlayacaq. Atletimiz yarışda dördüncü nömrə altında qüvvəsini sınayacaq.

Sentyabrın 10-da, həmçinin Türkiyə yığmasının azərbaycanlı atleti, dünya və Avropa çempionu Ramil Quliyev də 200 metr məsafəyə qaçışda mübarizə aparacaq. R.Quliyev isə Bakı vaxtı ilə saat 22:00-da start xəttinə çıxacaq.

Üç yüz atletin 30-dan çox növdə yarışacağı turnir “Dinamo” Milli Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 29 dəfə oxundu.