Ağır atletika üzrə millimiz dünya çempionatında iştirak edəcək
Sentyabrın 18-də Tailandın Pattaya şəhərində start götürəcək ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi çempionat həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Çempionatda Azərbaycan yığma komandasının üç üzvü də iştirak edəcək. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi ilə milli komandamızın üzvlərindən Nailxan Nəbiyev (96 kiloqram), Səbinə Əzimova (55 kiloqram) və Boyanka Kostova (59 kiloqram) mundialda mübarizə aparacaqlar.

Xəbər 29 dəfə oxundu.