Azərbaycan ilk dəfə para-velosiped üzrə dünya çempionatında təmsil olunacaq
Azərbaycan paralimpiyaçısı ilk dəfə olaraq para-velosiped idman növü üzrə dünya çempionatında iştirak edəcək.

Sentyabrın 11-15-də Hollandiyanın Emmen şəhərində keçiriləcək yarışda ölkəmiz Mehman Ramazanzadə ilə təmsil olunacaq.

İdmançımız yarışda iştirak etmək üçün artıq Hollandiyaya yola düşüb.

Xatırladaq ki, para-velosiped idman növünün ölkəmizdə inkişafına ötən ildən başlanıb. Komandanın baş məşqçisi Amid Həsənquliyevdir.

Xəbər 948 dəfə oxundu.