Futbol üzrə Azərbaycan millisi bu gün Xorvatiya yığmasını qəbul edəcək
Sentyabrın 9-da futbol üzrə Azərbaycan milli komandası “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində sonuncu dünya çempionatının gümüş mükafatçısı Xorvatiya yığmasını qəbul edəcək.

Saat 20:00-da “Bakcell Arena”da başlayacaq görüşü isveçrəli Sandro Şörer idarə edəcək.

Bu komandalar arasında Xorvatiyada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Dörd turdan sonra E qrupunda Macarıstan və Xorvatiya millilərinin 9 xalı var. Hər birinin 6 xalı olan Uels və Slovakiya yığmaları üçüncü və dördüncü yerlərdə qərarlaşıblar. Aktivində xal olmayan Azərbaycan isə beşinci pillədədir.

Xəbər 742 dəfə oxundu.