Şahzadə Anna və Devid Bekhem
Bu cümə günü olimpiya məşəli Böyük Britaniyaya – Londona çatdırılacaq. İdman.com.az saytının məlumatına görə, mayın 10-da Yunanıstanda Olimpin ətəklərində alovlandırılmış məşəlin 70-günlük Britaniya turnesində 8 mindən artıq insan iştirak edəcək.

Məşəli İngiltərə paytaxtına gəğtirən nümayəndə heyətində isə şahzadə Anna və məşhur futbolçu, futbol bazarının ən gəlirli futbolçusu, ABŞ-ın «Los Anceles Qələksi» klubunun üzvü Devid Bekhem də yer alacaqlar.

Qeyd edək ki, olimpiya oyunlarının təntənəli açılış mərasimi iyulun 27-də keçiriləcək və həmin gün məşəl yeni inşa olunmuş olimpiya stadionunda alovlandırılacaq.

Xəbər 1108 dəfə oxundu.