Marina Nekrasova Dünya Kubokunın qızıl medalına sahib olub
Macarıstanın Sombatxey şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kubokunun final mərhələsi keçirilib.

25 ölkənin iştirakı ilə keçirilən final yarışlarında Azərbaycan idmançısı da mübarizə aparıb.

Yarışlarda yeganə təmsilçimiz Marina Nekrasova dayaqlı tullanma proqramında bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Gimnastımız bu uğura 14,183 xal toplamaqla nail olub.

Xəbər 800 dəfə oxundu.