Badmintonçumuz beynəlxalq turnirin finalına yüksəlib
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən "RSL Kharkiv International 2019" turnirinin finalına yüksəlib.

İdmançımız yarımfinal görüşündə ingiltərəli rəqibi Tobi Penti üzərində inamlı qələbə qazanıb. Dviçayo rəqibini 2:0 (21-12, 21-18) hesabı ilə məğlub edib. O, finalda turnirin bir nömrəli reytinq favoriti olan hollandiyalı Mark Kaljou ilə qarşılaşacaq.

Xatırladaq ki, Mark Kaljou Dünya Badminton Federasiyasının reytinq cədvəlində 33-cü sıradadır.

Xəbər 770 dəfə oxundu.