Çimərlik futbolu üzrə Azərbaycan millisi beynəlxalq turnirin promofinalına vəsiqə qazanıb
Sentyabrın 7-də çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa superfinalında növbəti oyununu keçirib.

Millimiz Portuqaliyanın Fiqeyra şəhərində Çexiya yığması ilə qarşılaşıb. Azərbaycan millisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Oyunda Sabir Allahquluyev, Əbdül Əliyev bir dəfə fərqlənib. Amid Nəzərov və Ramil Əliyev isə hər ikisi dubl edib.

Komandamız üç oyunun nəticəsinə görə turnirin promofinalına vəsiqə qazanıb. Növbəti mərhələdə komandamızın rəqibi Qazaxıstan millisi olacaq.

Xatırladaq ki, millimiz ilk oyunda Estoniya komandasına 3:4 hesabı ilə məğlub olub. İkinci görüşdə Azərbaycan komandası Rumıniya yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Xəbər 732 dəfə oxundu.