Ağamurad Qəhrəmanov Batumidə bürünc medal qazanıb
Batumidə idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.
Turnirdə Azərbaycan yığma komandasının gənc gimnastları Ağamurad Qəhrəmanov, Sərvər Əliyev və Milana Minakovskaya iştirak ediblər.

Kişi gimnastımız A.Qəhrəmanov ən yaxşı nəticəsini turnikdə göstərib. Belə ki, idmançımız bu alətlə proqramını uğurla icra edərək bürünc medala sahib olub.

Qadınlar arasında təmsilçimiz M. Minakovskaya isə 3 final mərhələsində çıxış edib. O, müxtəlif hündürlüklü qollarda beşinci, gimnastika tiri və sərbəst hərəkətlərdə altıncı yerdə qərarlaşıb. Çoxnövçülük xallarına əsasən isə təmsilçimiz dördüncü olub.


Xəbər 715 dəfə oxundu.