“Naxçıvan” ləqəbli at 2400 metr məsafədə cıdır yarışının qalibi olub
Sentyabrın 7-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə növbəti cıdır yarışları davam edir. Yarışda Qarabağ, Dilboz və ingilis atları 3 kateqoriyada mübarizə aparırlar.

İkinci qaçışda 3 yaşdan yuxarı ingilis atlarının yarışdığı 2400 metr məsafədə “Xan-Xan” AİK-in sahib olduğu “Naxçıvan” ləqəbli at fərqlənib. O, rəqiblərindən ən yaxşı nəticə göstərərək birinci olub. İkinci yeri “Xan-Xan” AİK-in sahib olduğu “Miss Membo” adlı at, üçüncü yeri isə “Omar” AİK-in sahib olduğu “Mehilda” adlı at tutub.

Xatırladaq ki, turnirin ümumi mükafat fondu 7000 manat təşkil edir.


Xəbər 1081 dəfə oxundu.