Qadın futbolunda çalışan məşqçilərə diplomlar təqdim olunub
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə qadın futbolunda çalışan məşqçilər üçün “C” kateqoriyalı kurs keçirilib.

Kurslar təlimatçı Aslan Kərimovun, 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçiləri - Vüqar Əsgərli və Zamir Həsənovun iştirakı ilə təşkil edilib.

Sentyabrın 6-da AFFA-nın futbol akademiyasında kursu müvəffəqiyyətlə başa vuran məşqçilərə müvafiq diplomlar təqdim olunub.

Xəbər 753 dəfə oxundu.