Azərbaycan idmançısı çimərlik güləşi üzrə dünya seriyasının final mərhələsində çıxış edəcək
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə dünya seriyasının final mərhələsi start götürəcək.

Ölkəmizi bu yarışda Oyan Nəzəriani (90 kq-dan yuxarı) təmsil edəcək.

Hazırda öz çəkisində reytinqdə 1-ci pillədə qərarlaşan O.Nəzəriani final seriyasında da uğurlu çıxış etsə, dünya çempionu tituluna sahib çıxacaq.
Turnirə sentyabrın 8-də yekun vurulacaq.

Xəbər 962 dəfə oxundu.