Dünya çempionatında ölkəmizi dörd atlet təmsil edəcək
Qətərin paytaxtı Dohada keçiriləcək atletika üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan idmançılarının siyahısı açıqlanıb.

Ölkəmizi Dohada üç təkanla tullanma yarışlarında Nazim Babayev və Aleksis Kopello təmsil edəcəklər.

Çempionatda çəkicatma növü üzrə Anna Skidan, marafon yarışlarında isə Evans Kiplaqat mübarizə aparacaqlar.
Komandamız sentyabrın 13-dən 25-dək dünya çempionatına hazırlıq məqsədilə Antalyada təlim-məşq toplanışı keçəcək.
Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı sentyabrın 26-da start götürəcək.

Xəbər 802 dəfə oxundu.