Yeniyetmə sumoçularımız Avropa birinciliyində iştirak edəcəklər
Sentyabrın 27-dən 29-dək Azərbaycanın yeniyetmə sumoçuları Macarıstanın paytaxtı Budapeştə keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər.

Yarışda ölkəmizi Məhərrəm Eyvazov, Nahid Vəliyev, Əli Süleymanov, Hüseyn Hüseynov, Elcan Tarverdiyev və Ağamalı Abdulov təmsil edəcəklər.

Komandamız yarışlarda Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq.

Qeyd edək ki, yarışlarda hakim Rəsul Həsənov ədaləti qoruyacaq.


Xəbər 664 dəfə oxundu.