Bu gün kişilər arasında “US Open – 2019” turnirinin yarımfinal görüşləri keçiriləcək
Sentyabrın 6-da kişilər arasında “Böyük dəbilqə” seriyasından olan ABŞ açıq birinciliyinin final görüşləri keçiriləcək.

Yarımfinalda Rafael Nadal (İspaniya) Matteo Berettini (İtaliya), Danil Medvedev (Rusiya) isə Qriqor Dimitrov (Bolqarıstan) ilə qarşılaşacaq.

Rafael Nadal - Matteo Berettini görüşü Bakı vaxtı ilə saat 00:00-da, Danil Medvedev - Qriqor Dimitrov oyunu isə saat 01:30-da başlayacaq.

Qeyd edək ki, ümumi mükafat fondu 57,24 milyon dollar təşkil edən turnirə sentyabrın 8-də yekun vurulacaq.

AZƏRTAC

Xəbər 1021 dəfə oxundu.