Nazim Babayev “World Challange” turnirində ikinci olub
Azərbaycan atleti Nazim Babayev növbəti uğurunu qazanıb.

Üçtəkanla tullanmada mübarizə aparan idmançı “World Challange” seriyalı turnirdə mükafata yiyələnib. Atletimiz Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışda 16,68 metr məsafəyə tullanaraq yalnız ABŞ idmançısı Kris Benarddan geri qalaraq 2-ci yeri tutub. Gümüş mükafata yiyələnən atlet çempiondan 29 santimetr aşağı nəticəyə imza atıb.

Xəbər 818 dəfə oxundu.