Azərbaycan atletləri Balkan çempionatında iştirak ediblər
Azərbaycan atletləri Bolqarıstanın Pravets şəhərində keçirilən Balkan çempionatında iştirak ediblər.

Ölkəmizi qaçış növlərində təmsil edən Zəkiyyə Həsənova (100 m, 200 m) zədələnərək yarışda iştirakını yarıda saxlayıb. Rahib Məmmədov isə 110 metr məsafəyə qaçışda 7-ci yer tutub. Uzunluğa tullanma növündə Yadulla İbrahimov zəif nəticə göstərərək finala vəsiqə qazana bilməyib.

Xəbər 798 dəfə oxundu.