Güləş yığmalarımızın açıq məşqi olacaq | |
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək. Güləş yığmalarımız məsul yarış ərəfəsində sonuncu təlim-məşq toplanışını davam etdirirlər. Qadın güləşçilərdən ibarət komandamız artıq Qazaxıstandadır və yerli güləşçilərlə birgə dünya çempionatına hazırlaşır. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz isə hazırlıq prosesini Bakıda keçirlər. Sentyabrın 6-da Olimpiya Güləş Mərkəzində komandalarımızın mətbuat nümayəndələri üçün açıq məşqi baş tutacaq. Açıq məşq yekunlaşdıqdan sonra dünya çempionatında ölkəmizi təmsil edəcək komandaların heyəti açıqlanacaq. |
|
Xəbər 863 dəfə oxundu. |
|
|