Şahmatçımız Abdulla Qədimbəyli Sankt-Peterburqda ikinci olub
Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli Sankt-Peterburqda təşkil olunan beynəlxalq turnirdə uğurla çıxış edib.

On turdan 5,5 xal toplayan A.Qədimbəyli turniri ikinci pillədə başa vurub.

Digər şahmatçılarımız Əhməd Əhmədzadə 5 xalla dördüncü, Azər Mirzəyev isə 4,5 xalla altıncı olub.

Turnirin qalibi adına 6 xalla Belarus idmançısı Valeriy Kazakovskiy yiyələnib.

Xəbər 737 dəfə oxundu.