Premyer Liqanın qalibi 98 milyon qazandı
İngiltərədə mövsümün fantastik fotofinişlə çempionu olmuş «Mançester Siti»nin ilk qazancı məlum olub. dman.com.az saytının məlumatına görə, klub teleyayımdan 60,6 milyon funt sterlinq və ya 97,6 milyon dollar gəlir əldə edəcəklər.

Premyer Liqanın qanunlarına görə, çempionatın 20 iştirakçısının hər biri mövsümdə yaşıl meydana çıxıdığına görə, yerli teleyayıma görə, 13,7 milyon funt (22,1 milyon dollar) qazanacaqlar. Ümumi yayım hüquqlarından isə hər klubun gəliri 18,7 milyon funt (30,1 milyon dollar) olacaq. Bundan əlavə, çempionatda tutduğu hər yüksək pilləyə görə klublara 755 min funt (1,2 milyon dollar) veriləcək. Britaniya televiziyasında hər canlı yayıma görə klubların qazancı daha 570 min funtdur (917,87 dollar).

Məhz elə buna görə 23 matçı canlı yayımda göstərilmiş 4-cü yerin sahibi «Tottenhem»in (57,4 milyon funt=92,4 milyon dollar) teleqazancı bürünc medalçı «Arsenal»dan (56,2 milyon funt=90,5 milyon dollar) çoxdur. Müqayisə üçün deyək ki, sonuncu pillənin sahibi «Vulverhempton» yarışda iştirakına görə teleyayımdan 39,1 milyon funt (62,3 milyon dollar) qazanıb.

Xəbər 1123 dəfə oxundu.