Çimərlik futbolu üzrə Azərbaycan millisi Estoniya yığması ilə qarşılaşacaq
Bu gün çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Super finalında mübarizəyə başlayacaq.

Portuqaliyanın Figueira şəhərində millimiz ilk oyununu Estoniya yığmasına qarşı keçirəcək.

Millimiz sentyabrın 6-da Rumıniya, ertəsi gün isə Çexiya ilə qarşılaşacaq.

Xəbər 860 dəfə oxundu.