Naxçıvanda bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması üçün məşqçi kursu keçirilir
AFFA-nın təşkilatçılığı ilə ilk dəfə olaraq sentyabrın 4-dən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) futbol biliyinin artırılması məqsədilə D kateqoriyalı məşqçi kursu keçirilir.

Məşqçi kursu Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Təhsil nazirliklərinin dəstəyi ilə təşkil olunur.

Sentyabrın 6-da başa çatacaq kursda 29 müəllim iştirak edir.

Xəbər 739 dəfə oxundu.