Berlin əvəzinə Düsseldorf
Almaniya Bundesliqasında futbol mövsümünün son akkordları «Herta» - «Fortuna» matçı ilə vurulub. dman.com.az saytının məlumatına görə, bu qarşılaşma gələn mövsüm elitada çıxış edəcək sonuncu komandanı müəyyənləşdirməli idi.

İlk görüşdə Berlin «Herta»sı üzərində 2:1 hesabı ilə qalib gəlmiş Düsseldorf «Fortuna»sı doğma divarlar arasında keçirilən cavab oyununda heç-heçəyə nail olub və iki oyunun cəminə görə yüksək diviziona vəsiqə əldə edib.

Qeyd edək ki, mövsümün yekunlarına görə, «Köln»lə «Kayzerslautern» də aşağı dəstəyə yuvarlanıb. Onları «Qröyter Furt» və Frankfurt «Ayntraxt»ı əvəz edib.

Xəbər 918 dəfə oxundu.