Futzal üzrə Azərbaycan Yüksək Liqasının 2019-2020-ci il mövsümünün püşkü atılıb
Sentyabrın 4-də Bakı İdman Sarayında futzal üzrə Azərbaycan Yüksək Liqasının 2019-2020-ci il mövsümünün püşkü atılıb.

Ölkə çempionatının yeni mövsümündə 10 komanda birincilik uğrunda yarışacaq.

Püşkə əsasən birinci turda "Bakı TFK"-"Yasamal", "Araz"-"Baku Fire", "Xızı"-"Record", "Premyer"-EKOL və "Marafon"-"Neftçi" görüşləri keçiriləcək.

Birinci turun oyunları sentyabrın 11-də təşkil olunacaq.

Xəbər 627 dəfə oxundu.