UEFA Gənclər Liqası turnirinin 2019/2020-ci illər mövsümünün püşkatması keçirilib
İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında UEFA Gənclər Liqası turnirinin 2019/2020-ci illər mövsümünün püşkatması keçirilib.

Püşkə əsasən, turnirdəki təmsilçimiz “Qəbələ” Kiprin APOEL komandası ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyun oktyabrın 2-də Qəbələdə, cavab qarşılaşması isə oktyabrın 23-də Nikosiya şəhərində keçiriləcək. “Qəbələ” bu mərhələni adlayacağı halda, “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər 998 dəfə oxundu.