Azərbaycan atletləri Balkan çempionatında iştirak edirlər
Azərbaycan atletləri Bolqarıstanın Pravets şəhərində keçirilən Balkan çempionatında iştirak edirlər.

Yarışda ölkəmizi qaçış növlərində Zəkiyyə Həsənova (100 m, 200 m), Rahib Məmmədov (110 m), uzunluğa tullanma növündə isə Yadulla İbrahimov təmsil edirlər.

Qeyd edək ki, çempionatda 20 ölkədən idmançılar dəvət olunub.

Xəbər 823 dəfə oxundu.