Çimərlik futbolu üzrə Azərbaycan millisi Estoniya, Rumıniya və Çexiya komandaları ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Super finalında mübarizə aparacaq.

Millimiz Estoniya, Rumıniya və Çexiya komandaları ilə birgə eyni qrupda yarışacaq.

Bu mərhələnin oyunları sentyabrın 5-dən 8-dək Portuqaliyanın Figueira şəhərində keçiriləcək.

Yığmamız sentyabrın 5-də Estoniya, bir gün sonra Rumıniya, ayın 7-də isə Çexiya ilə qarşılaşacaq.


Xəbər 767 dəfə oxundu.