Klublar Komitəsinin növbəti iclası keçirilib
Sentyabrın 3-də AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

İclasda Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Aslan Şahgəldiyev, PFL-in texniki idman şöbəsinin rəisi Elgiz Abbasov, Premyer Liqada mübarizə aparan “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.

Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Xəbər 764 dəfə oxundu.