Kikboksçularımız Avropa çempionatında 12 medal qazanıblar
Macarıstanın Györ şəhərində kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatı keçirilib.

Turnirdə 39 ölkədən 2 mindən artıq idmançı iştirak edib.

Milli komandamız Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Hakim Hacıyevin rəhbərliyi altında 29 idmançı ilə yarışa qatılıb.

Çempionatın yekununda Azərbaycan komandası ümumilikdə 12 medal qazanıb. Bunlardan 5-i qızıl, 2-si gümüş və 5-i bürünc medaldır. Fəxri kürsünün ən yüksək pilləsinə Məhəmməd İmanov (51kq), Qəşəm Məmmədov (57 kq ), Əkbər Əsədov (48 kq ), Elnur Mustafayev (45 kq), Amin Quliyev (45 kq) qalxıblar. Nihad Tağızadə (42 kq) və Nicat Ələkbərli (47 kq) gümüş medala layiq görülüb. Elcan Alıkişiyev (81 kq), Əlihüseyn Əliyev (48 kq), Rüstəm Alışov (48 kq), Xəyal Dadaşov (45 kq) və Turan Mühəndis (56 kq) isə üçüncü yerə sahib olublar.

Xəbər 1111 dəfə oxundu.