“Qarabağ” komandası heyətinə yeni futbolçu cəlb edib
“Qarabağ” komandası transfer pəncərəsinin son günündə heyətinə yeni futbolçu cəlb edib.

Ağdam təmsilçisi İngiltərə Premyer Liqasının “Bornmut” komandasından bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi bu ilin sonunadək icarəyə götürüb.

Otuz iki yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin “Portsmut” klubunda başlayıb. 2017-ci ildən “Bornmut”da oynayan qapıçı “İpsviç”, “Stok Siti”, “Çelsi” kimi klublarda çıxış edib. A.Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersoqovina millisində 61 oyun keçirib.

AZƏRTAC

Xəbər 774 dəfə oxundu.