Astaralı idmançılar açıq respublika birinciliyində 3 medal qazanıblar
Şağan Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun karatenin savat növü üzrə keçirdiyi açıq respublika birinciliyində astaralı idmançılar uğurla çıxış ediblər.

Birincilikdə Astara rayonunu təmsil edən idmançılardan Hüseyn Ali 30 kiloqram çəki dərəcəsində ikinci, Mirzə Əliyev 30 və Qulam Əskərli 40 kiloqram çəki dərəcəsində üçüncü yerləri tutublar.

İdmançıları yarışa karate idman növləri üzrə məşqçi-müəllim, III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıb.


Xəbər 736 dəfə oxundu.