İdman gimnastlarımız Türkiyədə iki medal qazanıblar
Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku keçirilib.

Ölkəmizi bu yarışda milli komandamızın üzvləri Murad Ağarzayev və Cavidan Babayev uğurla təmsil ediblər. Belə ki, 6 alətin hər birində finala vəsiqə qazanan M.Ağarzayev ən yaxşı çıxışını dayaqlı tullanmada nümayiş etdirib. Gimnastımız 14,175 xalla turnirin qızıl medalını qazanmağa müvəffəq olub.

Digər təmsilçimiz C.Babayev də komanda yoldaşından geri qalmayaraq iki final mərhələsində gücünü sınayıb. İdmançımız halqalarda çıxışı ilə fərqlənərək 13,750 xalla bürünc medala layiq görülüb.


Xəbər 87 dəfə oxundu.