Komandamız Tokioda keçirilən cüdo üzrə dünya çempionatında beşinci yeri tutub
Azərbaycan komandası Yaponiyada keçirilən cüdo üzrə dünya çempionatında beşinci yeri tutub.

Komandalarası yarışda üçüncü yer uğrunda mübarizədə Rusiya yığması ilə qarşılaşan Azərbaycan millisinin üzvü Zelim Kotsoyev (100 kiloqramadək) rəqibi üzərində ipponla inamlı qələbə qazansa da, digər idmançılarımız üstünlük əldə edə bilməyiblər – 1:4. Bununla da yığmamız dünya çempionatını beşinci yerdə başa vurub.

Xəbər 857 dəfə oxundu.