Yaponiyada keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan yığması səkkizdəbir finala adlayıb
Sentyabrın 1-də Yaponiyada keçirilən cüdo üzrə dünya çempionatında komandalar arası yarışa start verilib.

15 komandanın iştirak etdiyi yarışda təmsil olunan Azərbaycan yığması əvvəlcə Portuqaliya komandası ilə qarşılaşıb. Gərgin keçən idman mübarizəsi yığmamızın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Səkkizdəbir finalda komandamızın rəqibi Braziliya yığması olacaq.

AZƏRTAC

Xəbər 780 dəfə oxundu.