Azərbaycan Premyer Liqası: “Zirə”-“Sabah” oyunu heç-heçə başa çatıb
Avqustun 31-də futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turunun növbəti oyunu keçirilib.

Birinci günün ikinci görüşündə “Zirə” klubu “Sabah” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Hesabı 35-ci dəqiqədə qonaqlar açıb. Amadu Diallo fərqlənib.

Fasilədən sonra oyunun son dəqiqələrində zirəlilər hesaba tarazlıq gətirib. Soni Norde adını tabloya yazdırıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Bununla da “Zirə” xalların sayını dördə çatdıraraq turnir cədvəlində 4-cü yerə yüksəlib. “Qəbələ” isə iki xalla sonuncu - 6-cı yerdədir.


Xəbər 732 dəfə oxundu.