“Azəryol” həndbol komandası Ukraynanın “Qaliçanka” klubu ilə qarşılaşacaq
Bakının qadın həndbolçulardan ibarət “Azəryol” komandası növbəti avrokubok mövsümünə hazırlaşır.

Azərbaycan çempionu Avropa Həndbol Federasiyası (EHF) Kuboku uğrunda yarışda Ukraynanın “Qaliçanka” klubu ilə mübarizə aparacaq.

Razılaşmaya əsasən, həndbolçularımız hər iki oyunu səfərdə keçirəcəklər. İlk görüş sentyabrın 7-də, cavab matçı isə ertəsi gün təşkil olunacaq.

Lvov şəhərinin “Qaliçanka” İdman Kompleksində keçiriləcək oyunları rumıniyalı hakimlər idarə edəcəklər. Görüşün EHF nümayəndəsi slovakiyalı Peter Dvorski olacaq.

Qeyd edək ki, Ukraynada olan “Azəryol” sentyabrın 6-dək Ujqorod şəhərində oyunlara hazırlaşacaq.


Xəbər 1035 dəfə oxundu.