Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatının sonuncu günündə gənc idmançılar mübarizə aparırlar
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatı davam edir.

Yarışda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparırlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.

Turnirin sonuncu - üçüncü günündə gənc gimnastlar müxtəlif alətlər üzrə güclərini sınayırlar.

Yarışın ikinci günündə yeniyetmələrin çoxnövçülük yarışlarında Kamilla Seyidzadə qızıl medal qazanıb. Fatimə Məmmədzadə yarışı ikinci, Mədinə Dəmirova üçüncü pillədə başa vurublar. Gənclərin mübarizəsində Alina Gözəlova, Nigar Usubova və Leyli Ağazadə fərqləniblər. Zöhrə Ağamirova böyüklərin yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Veronika Hudis gümüş, Yelizaveta Luzan bürünc medala sahib olublar.
Turnirdə 100-dən çox gimnast birincilik uğrunda mübarizə aparır.

Xəbər 847 dəfə oxundu.